
Ermənistan İstintaq Komitəsi bütün ermənilərin katolikosu II Qareginə Tbilisiyə getməyə və bütün Gürcüstanın Patriarxı II İliya ilə vida mərasimində iştirak etməyə icazə verməyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkədə vəkil Ara Zoqrabyan məlumat verib.
O qeyd edib ki, II Qareginin mərasimdə iştirak etməsi üçün ölkədən müvəqqəti çıxmasına dair vəsatət qaldırıb, lakin rədd cavabı alıb.
Xatırladaq ki, daha əvvəl - martın 19-da Baş nazir Nikol Paşinyan II Qareginin II İliyanın dəfnində iştirakı məsələsinin müzakirə olunmadığını bəyan etmişdi.