
ABŞ senatı Markveyn Mallini daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiqləyib.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Səsvermənin nəticələrinə əsasən, Mallinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Təsdiq üçün sadə səs çoxluğu kifayət edib.
Məlumata görə 49 yaşlı respublikaçı M.Mallin Senatda Oklahoma ştatını təmsil edir.
Oxu.az xatırladır ki, martın 5-də ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem vəzifəsindən uzaqlaşdırılıb. "New York Post" qəzetinin məlumatına görə, vəzifədən azad edilmə katibin ofis romantikası ilə bağlıdır. Bundan əvvəl ABŞ administrasiyası Minnesota ştatında artan gərginlik səbəbindən Noemin fəaliyyətini nəzərdən keçirməyə başlayıb.
Qeyd edək ki, bu ilin yanvarın 4-də ABŞ nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin də daxil idi.