"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.
O bu barədə “Tvitter” səhifəsində yazıb.
“Xalqına liderlik, ordusuna Ali Baş Komandanlıq edən Ukraynanın qəhrəmanı Prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - H.Bayraktar bildirib.
Qeyd edək ki, Türkiyə nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə avqustun 18-də Ukraynada səfərdə olub. H.Bayraktar da heyətin tərkibində idi.