Laçının Zabux kəndini tərk edən daha bir erməni evini yandırıb.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Kadrlarda ərazidə qanunsuz məskunlaşan erməninin qaldığı evə od vurması əks olunub.
Qeyd edək ki, oxşar hadisələr ermənilər hələ 2020-ci ildə azad olunmuş əraziləri tərk edərkən də baş vermişdi.
Onu da xatırladaq ki, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonuna qədər vaxt verilib.