Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Haseke rayonunda PKK-nın yüksək səviyyəli idarəçisini zərərsizləşdirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, əməliyyat nəticəsində PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gülo məhv edilib.
Əməliyyat avqustun 9-da Qamışlıda həyata keçirilib.
Kod adı “Hebat Derik” olan Gülo Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynayıb. Həmçinin “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatlarında iştirak edib.