Ukrayna Duqinanın ölümü ilə bağlı Moskvanın ittihamlarını rədd edir - “BU, RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARININ İŞİDİR"

“Rusiya jurnalisti Darya Duqinanın avtomobilinin partladılmasının arxasında Rusiya xüsusi xidmət orqanları dayanır. Ukraynanın bununla heç bir əlaqəsi yoxdur”.

 

“RBC-Ukrayna” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

 

"Biz bu şəkildə işləmirik. Bizim oğlan və qızlarımızın yerinə yetirdiyi daha güclü tapşırıqlarımız var. Bizim o xanımın avtomobilinin partladılması ilə heç bir əlaqəmiz yoxdur. Bu, Rusiya xüsusi xidmət orqanlarının işidir", - deyə o bildirib.  

Danilov qeyd edib ki, Aleksandr Duqin və qızı “xüsusi əməliyyat” adlanan işin sürətini tənqid ediblər, çünki onlar dərhal nəticə əldə etmək istəyirlər.

 

O, əlavə edib ki, Rusiya FTX-sı artıq hökuməti tənqid edən insanları kənarlaşdırmağa başlayır.

 

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak da Rusiya Federal Təhlükəsizlik Xidmətinin Darya Duqinanın qətli ilə bağlı ittihamlarını uydurma adlandırıb. 

O, özünün “Twitter” hesabında yazıb ki, Rusiya təbliğatı uydurma dünyada yaşayır: “Ukraynalı qadın və onun 12 yaşlı uşağı jurnalist Darya Duqinanın avtomobilini partlatmaqda məsul “təyin edilib”. Qəribədir ki, “Estoniya vizası”nı hadisə yerində tapmayıblar. Rusiya xüsusi xidmət orqanlarında gürzələr növlərarası döyüşə başlayıblar”.

 

Qeyd edək ki, Rusiya FTX-sı Aleksandr Duqinin qızı Darya Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını ittiham edir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.