Ermənistan hakimiyyəti pul müqabilində hərbi xidmət müddətini azaltmağı təklif edir.
Yerli KİV xəbər verir ki, 2021-2026-cı illər üçün Hökumət Proqramı hərbi xidmət müddətinin azaldılması üçün qanunvericilik bazasının yaradılmasını nəzərdə tutur.
İslahat çərçivəsində sıravilər üçün icbari xidmət müddəti və 24 milyon dram (55 min dollardan çox - red.) ödənildikdən sonra vaxtından əvvəl (4,5 ay sonra) azad olunma imkanı təklif edilir.
Müvafiq qanun layihəsi avqustun 24-də dərc olunub.
Mövcud qanuna görə, hərbi qulluqçular üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqla 36 ay müddətində xidmət keçməyi nəzərdə tutan sistem mövcuddur. Sistem aylıq müavinətlərin digər çağırışçılarla müqayisədə daha böyük məbləğdə (35 mindən 45 min dram qədər) hesablanmasını nəzərdə tutur.