Rusiya Dnepropetrovska zərbələr endirdi: 22 ÖLÜ, 50 YARALI
YENİLƏNİB


Rusiya ordusunun Dnepropetrovsk vilayətində sərnişin qatarına endirdiyi zərbə nəticəsində ölənlərin 22-yə çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski video-müraciəti zamanı məlumat verib.

 

"Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə (hücum zamanı –red.) 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var idi, evini Rusiya raketi dağıtdı", -  deyə o qeyd edib.

 

Zelenski vurğulayıb ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.

"Biz mütləq işğalçıları etdikləri hər şeyə görə cavab verməyə məcbur edəcəyik. Və biz mütləq işğalçıları öz torpaqlarımızdan qovacağıq", - Prezident əlavə edib.

 

Onu da qeyd edək ki, artıq bir sıra rəsmilər, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hadisəni qınayan bəyanatlarla çıxış ediblər.

 

**22:41(24.08.2022)


Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbələr endiriblər.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

 

Məlumata görə, Rusiya hərbçiləri vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər. Zərbə nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

 

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib.

 

"Mən bu müraciəti etməyə hazırlaşarkən məlumat aldım ki, Rusiya Dnepropetrovsk vilayətinə, dəmiryol vağzalına, Çaplino stansiyasındakı vaqonlara raket hücumu təşkil edib - hazırda dörd sərnişin vaqonu yanır. Hazırda azı 15 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Xilasedicilər işləyir. Amma təəssüf ki, ölənlərin sayı hələ də arta bilər”, - deyə Zelenski vurğulayıb.

 

O əlavə edib ki, “Rusiya BMT Təhlükəsizlik Şurasının bu iclasına belə hazırlaşıb”.

 

Xatırladaq ki, V. Zelenski Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı dünən ölkə vətəndaşlarına xəbərdarlıq etmişdi. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.