Fransa Afrikadakı etirazların mənbəyini öz müstəmləkəçi keçmişində axtarmalıdır - ANKARA MAKRONUN ANTİ-TÜRKİYƏ BƏYANATINA CAVAB VERDİ

Fransa Prezidenti Emmanuel Makronun Əlcəzairə səfəri çərçivəsində Türkiyə və bəzi digər ölkələrə qarşı əsassız bəyanatı son dərəcə təsirsizdir. Başda Əlcəzair olmaqla, Afrikadakı müstəmləkəçi keçmişi ilə üz-üzə qalmaqda çətinliklər yaşayan Fransa Prezidenti Makronun Türkiyə və bəzi ölkələri günahlandırmaqla diqqəti istismarçı keçmişdən yayındırmaq cəhdi qəbuledilməzdir.

 

Senzor.az bildirir ki, bunları Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç mövzu ilə bağlı açıqlamasında deyib.

 

O, diqqətə çatdırıb ki, düşmənçiliyi deyil, dostluğu təşviq edən, eyni zamanda, Afrika İttifaqının strateji ortaqları sırasında yer alan Türkiyə həm Əlcəzair, həm də Afrika qitəsinin digər ölkələri ilə əlaqələrini gündən-günə genişləndirməkdə, qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan münasibətlərini davam etdirməkdədir.

 

Açıqlamada vurğulanıb ki, Fransa Afrika qitəsində özünə qarşı etirazlar görürsə, onların mənbəyini müstəmləkəçi keçmişində və bu mövqeyini fərqli üsullarla davam etdirmək səylərində axtarmalı, onları düz məcraya istiqamətləndirmə yolunu tutmalıdır.

 

“Keçmişinə bağlı problemlərlə üzləşmək və onları aradan qaldırmaq əvəzinə, bu problemlərin üçüncü ölkələrin fəaliyyətləri səbəbindən ortaya çıxdığını iddia etmək, təkcə sosial prosesləri və tarixi unutmaq deyil, eyni zamanda, bəzi siyasətçilərin sahib olduqları təhrifçilik mentalitetini göstərir.

 

Ümid edirik ki, Fransa digər ölkələri, o cümlədən ölkəmizi əsassız olaraq günahlandırmadan öz müstəmləkəçi keçmişi ilə barışmaq yolu tutacaqdır”, -deyə açıqlamada qeyd olunur.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.