Tbilisidə Saakaşviliyə azadlıq tələbi ilə növbəti mitinq keçirilir – EKS-PREZİDENTİN HARAYA APARILDIĞI MƏLUM OLDU
Gürcüstanın paytaxtı Tbilisidəki Azadlıq meydanında ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.
 
“Report” xəbər verir ki, aksiyanı Vahid Milli Hərəkat Partiyası təşkil edib.
 
Mitinqlə əlaqədar olaraq Tbilisinin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
 
Aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, dövlət qurumlarının binaları ətrafına əlavə polis qüvvələri səfərbər olunub.
 
Qeyd edək ki, Azadlıq meydanında eyni tələbli izdihamlı mitinq oktyabrın 14-də də keçirilmişdi.
 
Senzor.az xatırladır ki, bir neçə saat öncə gürcü mediası,  anası Giuli Alasaniyaya istinadən Mixail Saakaşvilinin Rustavidəki 12 saylı həbsxanadan çıxarılaraq naməlum istiqamətə aparıldığı barədə məlumat yaymışdı.
 
Bir az əvvəl isə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti açıqlama yayıb. Bildirilib ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili səhhəti pisləşdiyi üçün Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən həbsxana xəstəxanasına aparılıb. 
 
“Səhhətinin pisləşməsi və təhdidlərin artması səbəbindən məhbus Mixail Saakaşvili 12-ci cəzaçəkmə müəssisəsindən (Rustavi həbsxanası) məhkumlar və məhbuslar üçün 18 saylı tibb müəssisəsinə (Qldani həbsxana xəstəxanası) aparılıb”, - deyə TASS Penitensiar Xidmətin məlumatından sitat gətirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.