Gürcüstandan daha 98 əcnəbi deportasiya edildi:
ARALARINDA AZƏRBAYCANLILAR DA VAR

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son günlərdə 98 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə DİN-i məlumat yayıb.

 

Qeyd olunub ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib. Nəticədə Türkmənistan, Pakistan, Türkiyə, Kuba, Rusiya, Azərbaycan, Hindistan, Livan, İordaniya, Nigeriya, Tailand, Filippin, Banqladeş, Efiopiya, İraq, Çin və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıblar.

 

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən daxil olması qadağan edilib.

 

Nazirliyin məlumatına görə, bu ilin əvvəlindən Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 500-dən çox xarici vətəndaş ölkədən deportasiya olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.