Polşa-Belarus sərhəddində miqrant böhranı son dərəcə kəskinləşdi - AVROPA KOMİSSİYASI İSƏ RƏSMİ MÜRACİƏT GÖZLƏYİR
VİDEO
Avropa İttifaqının həllini gözləyən qaçqın və miqrasiya probleminin yeni ocaqlarından biri olan Polşa-Belarus sərhədində vəziyyət yenidən gərginləşib.
 
Senzor.az bildirir ki, noyabrın 8-də Belarus ərazisində yüzlərlə miqrant Polşa sərhədinə doğru hərəkət edib. Rəsmi Varşava sərhəddəki hərəkətlənməni nəzərə alaraq əraziyə əlavə hərbi heyətlər göndərib, ordunu döyüş hazırlığı vəziyyətinə gətirib.
 
Polşa Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda üç-dörd min miqrant Belarusun Polşa ilə həmsərhəd ərazilərində cəmləşib. Havadan çəkilən görüntülərdə sərhəd zolağında miqrantların qanunsuz şəkildə Polşa ərazisinə keçməyə cəhd etməsi və sərhədçilərin onların qarşısını alması əks olunub. Polşa hökuməti sərhəddəki vəziyyətlə əlaqədar təcili iclas çağırıb.
 
Polşa Sərhəd Xidməti miqrantların ən çox toplaşdığı Kuznitsa sərhəd-keçid məntəqəsinin noyabrın 9-da saat 7-dən bağlandığını elan edib və leqal şəkildə ölkəyə daxil olmaq istəyən şəxslərdən Terespol və ya Bobrovniki sərhəd-keçid məntəqələrinə üz tutmağı xahiş edib.
 
Avropa Komissiyası vahid Avropa sərhədlərinin qorunması üçün Polşanı dəstəkləməyə hazır olduğunu bildirib, bunun üçün rəsmi Varşavanın aktiv şəkildə kömək üçün müraciət etməsi istənilib.

 

Xatırladaq ki, dünən internet üzərindən canlı yayımlanan videoda həqiqətən də yüzlərlə miqrantdan ibarət mütəşəkkil izdihamın Belarus ərazisindən keçərək Polşaya doğru hərəkət etməsi öz əksini tapıb.
 
Videodan aydın görünür ki, miqrant yürüşünü heç kim müşayiət etmir, ətrafda hüquq-mühafizə orqanlarının nümayəndələri də yoxdur. Miqrantlar arasında çoxlu sayda qadın və uşaqlar yer alır.
 
Miqrant yürüşünün keçirildiyini Belarus Dövlət Sərhəd Komitəsi də təsdiqləyib.
Komitənin məlumatına görə, “böyük bir qrup qaçqın öz əşyaları ilə Polşa ilə sərhədə gedən yol boyu hərəkət edir”.

 

Belarus Dövlət Sərhəd Komitəsinin fikrincə, Polşa hakimiyyətinin laqeydliyi və qeyri-insani münasibəti qaçqınları belə ümidsizlik addımı atmağa sövq edib: “Belarus tərəfi beynəlxalq rabitə kanallarının rəvan işləməsini, habelə yürüşə qatılan insanların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görür”.
 
İddialara görə, Belarus sərhədçiləri anidən peyda olaraq, guya miqrant yürüşünün qarşısını kəsib və qaçqınları sərhəd-keçid məntəqəsinə buraxmayıblar. Miqrantlar isə yolu tərk edərək meşəyə üz tutublar.
 
Onu da xatırladaq ki, Minsk Avropa İttifaqına daxil olmaq istəyən qanunsuz miqrant axınının qarşısını almaqdan imtina edib. Nəticədə Belarus və Aİ sərhədində miqrasiya böhranı başlayıb. Brüssel Minski Avropa İttifaqı qarşısında süni şəkildə problem yaratmaqda, o cümlədən qaçqınların qitə sərhədlərinə çatdırılmasını təşkil etməkdə günahlandırır. Belarus hakimiyyəti baş verənlərdə öz iştirakını inkar edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.