Rusiyalı general Rüstəm Muradov bu gün Ermənistana gedəcək, sabah isə Qarabağda olacaq.
Senzor.az Ermənistan mətbuatına istinadən bildirir ki, o, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilmələrinin ildönümü münasibətilə planlaşdırılan böyük tədbirdə iştirak edəcək.
“Rusiya Müdafiə Nazirliyi təxminən 200 medal hazırlayıb və onları Cənub Hərb Dairəsinin komandan müavini Rüstəm Muradov gətirəcək. Fərqlənən hərbçilər medallarla təltif olunacaq”, - deyə “Qraparak” nəşri yazıb.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları 5 il müddətinə Azərbaycan ərazisinə yerləşdirilib. R.Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı təyin edilib.
Hazırda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına general-leytenant Gennadi Anaşkin rəhbərlik edir.