“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun davamlı inkişafını təmin edəcək”.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin İrəvanda erməni həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib.
“Biz Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin açılmasının tərəfdarıyıq. Mən əminəm ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış razılaşmalara uyğun olaraq, yeni infrastruktur layihələrinin yaradılması regionun davamlı iqtisadi inkişafı təmin edəcək”, - deyə Mişustin bildirib.