"Bosniya qəssabı" Ratko Mladiç Haaqada öldü - VİDEO

Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib.

 

Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının keçmiş generalı və komandanı olub. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal hərbi cinayətlərə görə onu ömürlük həbs cəzasına məhkum etmişdi.

 

Bosniya müharibəsi dövründə 1995-ci ildə Srebrenitsa qətliamındakı roluna görə Mladiçə "Bosniya qəssabı" ləqəbini vermişdilər.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.