Pezeşkian İƏT ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırdı

İran Prezidenti Məsud Pezeşkian müsəlman ölkələri arasında iqtisadi əməkdaşlıq səviyyəsinin zəif olduğunu bildirərək, onları daha sıx qarşılıqlı fəaliyyətə çağırıb.

 

"Al Jazeera" telekanalı xəbər verir ki, bu barədə o, Tehranda keçirilən 40-cı Beynəlxalq İslam Birliyi Konfransındakı çıxışında bildirib.

 

Onun sözlərinə görə, Cənub-Şərqi Asiyadan Afrikaya qədər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan 57 ölkə son dərəcə mühüm dəniz və quru marşrutlarının mərkəzində yerləşir, enerji resurslarına, gənc əhaliyə və geniş bazara malikdir.

 

Pezeşkian qeyd edib ki, 2024-cü ildə bu ölkələrin iqtisadiyyatının həcmi təqribən 9,2 trilyon dollar olub və bu da dünya iqtisadiyyatının 8,3 %-ni təşkil edir.

 

"Qrupdaxili ixracın payı cəmi 19 %-dir, yəni əhalisinin əksəriyyətinin müsəlmanlar olduğu ölkələrin ixracının 80 %-dən çoxu hələ də bizim ölkələr qrupumuzun hüdudlarından kənara çıxır", - o bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.