
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə telefon danışığı aparıb, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Ərdoğan görüş zamanı 23 avqustda Qazaxıstanda keçirilən Qurultay seçkiləri münasibətilə Tokayevə təbriklərini çatdırıb və seçkilərdə iştirak nisbətinin yüksək olmasının aparılan islahatlara ictimaiyyətin dəstəyinin bir göstəricisi olduğunu bildirib.
O, qarşıdakı dövrdə Türkiyə-Qazaxıstan ikitərəfli əlaqələrini inkişaf etdirmək üçün səy göstərəcəyini ifadə edib.
Telefon danışığı barədə Akorda-nın yaydığı məlumatda isə bildirilir ki, Qazaxıstan Prezidenti söhbət zamanı bu il Türkiyədə keçirilməsi planlaşdırılan bir sıra yüksəksəviyyəli görüşlərdə iştirak etmək barədə Prezident Ərdoğanın dəvətini qəbul edib.
Tərəflər, həmçinin sarsılmaz dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq ruhunda ikitərəfli münasibətlərin dinamik inkişafını qabardıblar.
Tokayev Ərdoğanın may ayında Astanaya dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların vacibliyini vurğulayıb.
Söhbət zamanı prezidentlər qarşıdan gələn beynəlxalq tədbirlərin qrafikini də müzakirə ediblər.