
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb.
Əfv olunanların 7-si əcnəbi; 49-u qadın; 37-si yaşı 60-dan yuxarı olan kişi; 375-i gəncdir. Qadağan olunmuş təşkilatların fəaliyyətində iştiraka görə məhkum olunanların sayı 63 nəfərdir.