
Yerli hüquq-mühafizə orqanlarının son hesabatına görə, Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində ölənlərin sayı 616-ya yüksəlib. 2 301 nəfərin isə yaralandığı və xilas edildiyi bildirilir.
CNN xəbər verir ki, bu rəqəm əvvəlki açıqlama ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Belə ki, həmin açıqlamada ölənlərin sayının 579 olduğu, təxminən 2 min nəfərin isə itkin düşdüyü bildirilirdi.
Qeyd edək ki, Nepal-Çin sərhədində baş verən buzlaq çökməsindən sonra yaranan güclü sel və daşqınlar genişmiqyaslı dağıntılara səbəb olub. Bölgədə axtarış-xilasetmə əməliyyatları davam edir. Fəlakət nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb.