Ermənistan Ukrayna üçün dron istehsal edəcək?

Ermənistanın Ukrayna üçün pilotsuz uçuş aparatları (PUA) və ballistik silahların istehsalına cəlb oluna biləcəyi iddia edilir.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun Gürcüstandakı əlaqələr ofisinin rəhbəri, niderlandlı diplomat Aleksandr Vinnikovun İrəvana Kiyevin sifarişi və texnologiyaları əsasında Ermənistanda birgə hərbi istehsalın təşkili ilə bağlı təklif gətirdiyi bildirilir.

 

Məlumata görə, söhbət əsasən Ermənistanda mövcud istehsal güclərindən istifadə etməklə Ukrayna ilə birgə PUA və ballistik silahların, daha çox isə onların yığılmasının təşkilindən gedir. İddialara əsasən, istehsal prosesinə Ukrayna tərəfinin operativ nəzarət etməsi nəzərdə tutulur.

 

Bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurası və Silahlı Qüvvələrin Baş Qərargahında keçirilən müşavirələrdə belə istehsalın bir neçə məkanda qısa müddətdə təşkil edilə biləcəyi müzakirə olunub.

 

İddialarda istehsalın mümkün ünvanları kimi İrəvandakı A. Xanferyants adına Hərbi Aviasiya İnstitutu, Gümrüdəki “Aviaremontnaya voyennaya çast” müəssisəsi, Yeqvarddakı 65 saylı hərbi zavod, həmçinin UAV Lab LLC və ProMAQ şirkətlərinin istehsal imkanları göstərilir.

 

Məlumata görə, Ermənistanda hazırlanacaq məhsulların Ukraynaya daşınması planlaşdırılır. Eyni marşrutlar vasitəsilə Ermənistana istehsal üçün zəruri komponentlərin gətirilməsi də nəzərdə tutulur. Lakin bunun üçün bəzi dəmir yolu xətlərinin əvvəlcə bərpa edilməsinə ehtiyac olduğu qeyd edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.