
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib.
Məlumatı Fedorovun "Telegram" kanalı yayıb.
Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxsi dəstəyə, eləcə də müdafiə innovasiyaları üzrə müşavir vəzifəsini təklif etdiyinə görə təşəkkür edib.
O, yeni vəzifəsində İtaliyada müasir müharibə texnologiyalarının inkişafına və müdafiə sahəsinin təkmilləşdirilməsinə töhfə verəcəyini qeyd edib.
Məlumatı Fedorovun mətbuat xidmətinə istinadən Ukraynanın "Obşestvennoye" nəşri də təsdiqləyib.