
“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi pley-off mərhələsinin cavab oyununda Bakıda Niderlandın “Tvente” komandasına 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə hesabı 59-cu dəqiqədə Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Kadi Borges açıb. Buna baxmayaraq, 2 qol vuran “Tvente” matçın əlavə vaxta getməsinə nail olub. Qonaqların heyətində Marko Pyatsa (79) və Maks Brüns (90+2) fərqləniblər. Əlavə vaxtda daha 2 dəfə “Qarabağ”ın qapısına yol tapan Ensxede təmsilçisi yekun hesabı müəyyənləşdirib. Bu dəfə Vaut Veqorst (94) və Yunes Taha (114) adlarını tabloya yazdırıblar.
Matçın 106-cı dəqiqəsində Ağdam klubunun futbolçusu Marko Yankoviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Beləliklə, ilk görüşdə 1:0 hesablı qələbəyə baxmayaraq, evdə böyük hesabla uduzan “Qarabağ” avrokuboklarla vidalaşıb. “Tvente” isə UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
**11:25

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" bu gün Bakıda Niderlandın "Tvente" komandası ilə cavab matçına çıxacaq.
Senzor.az bildirir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.
Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Niderlanddakı ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.