ABŞ-da ali rəhbərliyin təxliyəsi üçün
XÜSUSİ HELİKOPTER ESKADRİLYASI YARADILDI

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) fövqəladə vəziyyət zamanı ölkənin yüksək vəzifəli şəxslərinin təxliyəsinə yardım göstərmək məqsədilə Vaşinqton yaxınlığındakı Endryus aviabazasında xüsusi helikopter dəstəsi yaradıb.

 

Bu barədə “The War Zone” ixtisaslaşmış hərbi portalı məlumat yayıb.

 

Söhbət yaradılması avqustun 27-də rəsmən elan edilən 5-ci Helikopter Eskadrilyasından gedir. Yeni bölmənin aviaparkı HH-60W “Jolly Green II” axtarış-xilasetmə helikopterlərindən ibarət olacaq.

 

Endryus aviabazasının mətbuat xidmətinin məlumatına görə, belə bir xüsusi helikopter bölməsi bazada son 60 ildə ilk dəfə yerləşdiriləcək.

 

“The War Zone” bildirir ki, eskadrilyanın vəzifələrindən biri hücum və ya digər ciddi fövqəladə vəziyyət,  o cümlədən nüvə müharibəsi və ya qlobal böhranlar zamanı federal hökumətin fəaliyyətinin fasiləsizliyini təmin etmək üçün yüksək vəzifəli rəsmilərin və qanunvericilərin təxliyəsinə yardım göstərmək olacaq.

 

Yeni bölmə köhnəlməkdə olan "UH-1N Huey"ləri əvəz edəcək "HH-60W Jolly Green II" helikopterləri alacaq. Bu maşınlar onilliklər ərzində 1-ci helikopter eskadrilyasının silahlanmasında olub.

 

Bununla yanaşı, ABŞ Prezidentinin və hökumət üzvlərinin daşınması, eləcə də zərurət yaranacağı təqdirdə təcili təxliyəsi üzrə əsas vəzifələri əvvəlki kimi ABŞ Dəniz Piyadaları Korpusunun xüsusi bölməsi yerinə yetirəcək. Bu məqsədlə VH-3D “Sea King” helikopterlərindən istifadə olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.