Tramp Atlantik və ya Sakit okeanın da adını dəyişdirmək istəyir
VİDEO

ABŞ Prezidenti Donald Tramp Atlantik və ya Sakit okeanların adını dəyişdirmək niyyətində olduğunu açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi barədə sənəd imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

 

“Bizim bir körfəzimiz və bir gölümüz var. İndi bizə lazım olan tək şey okeandır. Bəlkə də Atlantik və ya Sakit okeanların adını dəyişdirməli olacağıq. Bəlkə də hər ikisini dəyişdirəcəyik”, - deyə o bildirib

 

Xatırladaq ki, ABŞ Prezidenti bu gün mətbuat nümayəndələrinin iştirakı ilə Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi ilə bağlı müvafiq sənəd imzalayıb.

 

“Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdiririk. Mən bu sərəncamı imzaladığım andan etibarən bu qərar dərhal qüvvəyə minir”, – deyə Tramp bildirib.

 

Yeri gəlmişkən, Kanadanın Baş naziri Mark Karni “X” hesabında Trampın gölün adının dəyişdirilməsi ilə bağlı qərarına münasibət bildirərkən qeyd edib ki, Ontario gölü öz adını qoruyacaq: “Bu adın artıq 400 ildən çox yaşı var. Bu ad Kanada Konfederasiyasının yaranmasından və ABŞ-ın müstəqillik bəyannaməsinin qəbul edilməsindən çox əvvəl mövcud olub”.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.