Paris meri İrəvanda PAŞİNYANLA “İŞÇİ NAHAR” ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Paris meri Ann Hidalqonun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə işçi nahar edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

Bildirilib ki, Paşinyan Fransanın bir sıra regionlarının “Qarabağ əhalisi”nə “humanitar yardım” göstərilməsi təşəbbüsünü yüksək qiymətləndirib və təşəkkür edib. Qeyd edib ki, yüklərin daşınmasına mane olan addımlar “Azərbaycanın Dağlıq Qarabağda humanitar böhranın dərinləşməsinə yönəlmiş siyasətinə bir daha dəlalət edir”.

 

Həmsöhbətlər “Qarabağdakı mövcud vəziyyət”dən çıxmaq üçün addımların atılmasının vacibliyini vurğulayıblar.

 

Ermənistan-Fransa münasibətləri və cari əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, bu gün Fransadan Qarabağa göndərilən 10 yük maşını “humanitar yardım” Azərbaycanla şərti sərhədə gəlib. “Humanitar karvanı” Parisin meri Hidalqo müşayiət edib.

 

Daha sonra Hidalqo Gorusa qayıdaraq, Qarabağdakı separatçıbaşı Araik Arutyunyanın Xankəndidən qoşulduğu onlayn mətbuat konfransında iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.