
Senzor.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Emin Ağayev vəkillərin suallarını cavablandırıb.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri E.Həsənovun xəstəliyinin nəzərə alınaraq ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.
Məhkəmə vəsatəti təmin etməyib.
Prosesdə sənədlərin tədqiqi mərhələsinin başlanıldığı elan olunub.
Məhkəmənin növbəti iclası noyabrın 12-nə təyin edilib.