Ötən gecə Ermənistanın paytaxtı İrəvanda atışma baş verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saat 02:50 radələrində polisə paytaxtın Kanaker məhəlləsindəki evlərdən birində atəş açıldığı barədə siqnal daxil olub.
Həmin ünvana gələn polis əməkdaşları və müstəntiqlər orada iki kişi meyiti aşkarlayıblar. Sonradan məlum olub ki, həmin ərazidən 2 yaralı da hospitala aparılarkən yolda ölüb. Hadisə yerindən bir neçə silah, güllə, giliz və bıçaq aşkarlanıb.
Qeyd edək ki, ölənlər arasında Ermənistanda cinayətkar aləmdə tanınan “Kanakersi Tuy” ləqəbli Artur Kazaryan da var. O, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanın işğalında qalması uğrunda silahlı dəstələrdən birində vuruşub.
Atışmanın baş verdiyi evin keçmiş deputatlardan birinə məxsus olduğu bildirilir.
Polis hadisənin təfərrüatının araşdırılması və ölən digər 3 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.