Bakı Gorus-Qafan yolunda gömrük postu qurur ... – PAŞİNYAN “ERMƏNİSTAN YENİ YOLA KEÇƏCƏK” DEYİR
Azərbaycan Gorus-Qafan avtomobil yolunda gömrük nəzarəti yaratmaq istəyir, ona görə də Ermənistan yeni yola keçəcək.
 
Axar.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 
Onun sözlərinə görə, Ermənistan tərəfi vətəndaşlarını Qafan-Ağvan-Tatev yolundan keçirməyə qərar verib.
 
“Bu yol 10 illərdir istifadəsiz idi, indi artıq demək olar ki, hazırdır. Mən bu yoldan istifadə etmişəm və deyə bilərəm ki, keyfiyyətli yol inşa olunub. İndi yalnız onu qoşqulu avtomobillərin keçidi üçün təşkil etmək qalır. Ötən gecə, İran maşınları da daxil olmaqla, yüzə yaxın avtomobil bu yolla Qafana gedib”, - Paşinyan bildirib.
 
Paşinyan onu da qeyd edib ki, Arazdəyən-Gorus istiqamətində əlavə yolun təmiri aparılır.
 
Onun sözlərinə görə, Ermənistan öz ərazisindən hər hansı nəzarətsiz nəqliyyat dəhlizlərinin yaradılması imkanlarını inkar etməkdə davam edir.
 
Eyni zamanda, Paşinyan bildirib ki, lazım gələrsə Ermənistan da Gorus-Qafan yolunda gömrük və pasport nəzarəti məntəqələri yaradacaq.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.