Rusiyaya aid Su-34 qırıcıları Suriyanın İdlib bölgəsini bombalayıb.
“A Haber” bildirir ki, hadisə noyabrın 11-də günorta saatlarında qeydə alınıb.
İdlibin mərkəzində yerləşən quşçuluq təsərrüfatına edilən hava hücumu nəticəsində 5 mülki şəxs ölüb, 4-ü isə yaralanıb.
“Report” xatırladlr ki, 2017-ci il mayın 4-5-də Türkiyə, Rusiya və İranın rəsmi nümayəndələri Qazaxıstanın Astana şəhərində İdliblə bağlı toplantı keçiriblər. Tədbirin yekununda İdlib və ətrafı “Gərginliyi azaltma bölgəsi” elan edilib. 2018-ci il sentyabrın 17-də Rusiyanın Soçi şəhərində imzalanan razılaşmaya baxmayaraq, Bəşər Əsəd rejiminə bağlı silahlılar və onu dəstəkləyənlər İdlibə tez-tez hücumlar edirlər.