Ərdoğan yenə İsrail Prezidenti ilə danışdı və… -
BU DƏFƏ HEÇ KİM TƏƏCCÜBLƏNMƏDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İshak Hersok arasında telefon danışığı olub.
 
“Habetürk”ün məlumatına görə, dövlət başçıları ikitərəfli əlaqələri müzakirə ediblər.
 
Həmçinin İsrail Prezidenti Türkiyədə R.T.Ərdoğanın iqamətgahının fotolarını çəkməkdə ittiham olunan israilli cütlüyün azadlığa buraxılmasında vacib rol oynadığına görə türkiyəli həmkarına təşəkkür edib.
 
R.T.Ərdoğan isə İsraillə əlaqələrə əhəmiyyət verdiyini vurğulayıb.
 
Senzor.az xatırladır ki,  bu il yulun 13-də axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ondan bir neçə gün əvvəl İsrailin Prezidenti seçilmiş İshaq Hersoqa telefonla təbrik etmək üçün zəng etdiyindən xəbər tutan diplomatlar əməlli-başlı təəccüblənmişdilər. Məlum olanda ki, iki prezidentin söhbəti 40 dəqiqə davam edib, sadəcə heyrətlənmişdilər. Çünki son 13 ildə Türkiyə ilə İsrail arasında demək olar ki,  münasibətlər düşmənçilik səviyyəsində idi. 

Amma bu dəfə heç kim təəccüblənmədi…





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.