Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında heç bir ziddiyyət yoxdur.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak yerli “1+1” telekanalına müsahibəsində bildirib.
Yermakın sözlərinə görə, Ukrayna rəhbərliyi ordunun uğurlarına inanır və bu mövqedən çıxış edir. Bu səbəbdən də Zelenski ilə Zalujnı arasında heç bir fikir ayrılığı yoxdur.
Xatırladaq ki, ötən həftə Zalujnı “The Economist” jurnalına müsahibəsində Ukrayna münaqişəsinin dalana dirəndiyini bildirmişdi və Silahlı Qüvvələrin cəbhədə irəliləyişə nail ola bilməyəcəyi ilə bağlı fikir ifadə etmişdi.
Ukrayna lideri isə öz növbəsində bu bəyanatlara etiraz edib və Zalujnının fikri ilə razılaşmadığını bildirib.(APA)