Niderlandda 3 həftəlik sərt koronavirus tədbirlərinə qarşı etirazlar davam edir.
“Haber Global”ın məlumatına görə, ölkənin bir sıra şəhərlərində təşkil edilən etiraz aksiyaları qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunur. Belə ki, etirazçılar polis əməkdaşlarına fişəng atıb, asayiş keşikçiləri isə buna cavab olaraq aksiyaçılara qarşı su şırnaqlarından, hətta itlərdən və atlı polislərdən istifadə edib.
Rəsmi məlumata görə, iğtişaşlar zamanı 5 polis əməkdaşı yaralanıb, azı 40 etirazçı saxlanılıb. Yerli mətbuat polisin açdığı atəş nəticəsində 3 nəfərin xəsarət aldığını xəbər verib. Yaralılar xəstəxanaya yerləşdirilib.