Müdafiə Nazirliyi Ermənistan mətbuatını təkzib etdi - “AZƏRBAYCAN ORDUSU ATƏŞ AÇMAYIB”
Üzbəüz
Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır. Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir", - açıqlamada qeyd olunub.