
“Report” xəbər verir ki, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarlarının və ictimai fəalların qatıldığı simvolik aksiya “Qızılgül inqilabı”nın 18-ci ildönümünə həsr edilib.
“Canlı zəncir” Azadlıq meydanından keçmiş “Qızılgül”, indiki Birinci Respublika meydanına qədər uzanıb.
Əl-ələ tutan iştirakçılar "Mişa!" şüarı səsləndirərək M.Saakaşviliyə bu günə görə təşəkkür ediblər.
Aksiyanın məqsədi 23 noyabr tarixinin əhəmiyyətini və dəyərini xatırlatmaqdan ibarət olub.






