Gürcüstan Prezidenti azərbaycanlı gənclərlə görüşdü -
FOTO
Gürcüstan Prezidenti Salome Zurabişvili “Plüralizm və demokratiya naminə yeni nəsil” forumunun iştirakçıları ilə görüşüb.

“Report” 
xəbər verir ki, dövlət başçısının Orbeliani sarayında baş tutan görüşündə Gürcüstanın müxtəlif bölgələri ilə yanaşı, Kvemo Kartli regionunu təmsil edən fəal azərbaycanlı gənclər də iştirak edib.

Görüşə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) icraçı direktoru Orxan Pirverdiyev də qatılıb. O, sayta açıqlamasında bildirib ki, azərbaycanlı gənclər onları təhsil və digər sahələrdə narahat edən məsələlər barədə danışıblar.

Forumun iştirakçıları daha sonra Gürcüstan parlamentini də ziyarət ediblər. Gənclərlə görüşən Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradze Gürcüstanın xarici siyasətinin prioritetləri, ölkənin Avropa və Avroatlantik strukturlara inteqrasiyası barədə danışıb. Müzakirələr zamanı Cənubi Qafqaz bölgəsində baş verən proseslər və regional təhlükəsizlik məsələləri də nəzərdən keçirilib.

N.Samxaradze bölgədə sülh və sabitliyin təmin olunmasında Gürcüstanın mühüm rolunu vurğulayıb.






























Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.