ABŞ Prezidenti Co Bayden Rusiya və ukraynalı həmkarları - Vladimir Putin və Vladimir Zelenski ilə danışacağını deyib.
Məlumatı CNN yayıb.
Massaçusets ştatının Nantaket şəhərində jurnalistlərin bununla bağlı sualına Bayden “böyük ehtimalla” cavabını verib.
ABŞ lideri Ukraynadakı vəziyyətdən və ölkədə planlaşdırılan dövlət çevrilişi ilə bağlı məlumatlardan narahat olduğunu söyləyib.
"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, bu cür istənilən addımlara etiraz edirik", - Bayden vurğulayıb.