
Axar.az bildirir ki, İran vətəndaşı, 43 yaşlı Hasan Rahbari mütəşəkkil dəstə tərəfindən adam oğurluğu, xüsusi amansızlıqla adam öldürmə və terrorda təqsirli bilinir.
H.Rahbari təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpol-a müraciət edilib.