İrəvanda müharibədə ölən əsgərlərin valideynlərindən “cəsəd pulu” alınıb -
ERMƏNİ DEPUTAT ARAYİK ARUTYUNYANIN HƏBS OLUNACAĞINI DEYİR
Erməni deputat Naira Zöhrabyan keçmiş qondarma rejimin rəhbəri Arayik Arutyunyanın həbs ediləcəyini bildirib.
 
Yerli KİV-ə açıqlama verən müxalif deputat Arutyunyanın məsuliyyətə cəlb edilməsi üçün konkret faktın olduğunu da gizlətməyib.
 
“Bu gün 44 günlük müharibədə həlak olan Hayk Melikyanın dəfn mərasimi oldu. Hayk Coranın topçulardan biri idi. O, anası ilə sonuncu dəfə ötən il oktyabrın 10-da danışıb və iki gün sonra öldürülüb. Anası oğlunun qalıqlarını  müharibə bitdikdən 1 il sonra tapdı.
Bu müddət ərzində və elə indinin özündə də Haykın anası cəhənnəmdən keçib getdi.
 
Vahan Şirxanyan kimilər isə belə anaların dərdlərindən istifadə etməyə çalışaraq cəhənnəmə gedirlər. Şirxanyanın göndərdiyi əclaf Haykın anasına pula görə oğlanın sağ olması, Bakıda həbsxanada saxlanılması və ayağından yaralanması barədə mütəmadi olaraq yalan məlumatlar verirmiş. Hansı ki, Hayk çoxdan öldürülmüşdü.
 
Bu gün əsgər dəfn edildi. Milli Təhlükəsizlik Xidmətinə isə sualım var: Vahan Şirxanyan heç olmasa xalqın dərdindən istifadə edən biri kimi sorğu-sual edilibmi? Cənab Abazyanın ölçüyəgəlməz faciədən pul qazanmaq üçün göndərdiyi fırıldaqçılar heç olmasa şahid kimi dindirilibmi? Cəlal Arutyunyan da bundan sonra Coranın topçu oğlanlarının dəhşətli ölümünə görə məsuliyyət daşıyacaq”, - deyə erməni deputat vurğulayıb.
 
Azvision.az xatırladır ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanda əsgər və zabitlərin kütləvi ölümləri ilə bağlı xeyli sayda müəmmalı xəbərlər dolaşır. Müharibədə sağ qalan döyüşçülər tez-tez general və komandirlərini səriştəsizlikdə qınayır, yaxud da döyüş meydanından qaçmaqda suçlayırlar. Bir sıra siyasətçi və müxalifətçilər isə hələ də Azərbaycan torpaqlarından cəsəd qalıqlarının tapılmasını döyüşlər zamanı ordunun başlı-başına buraxılması ilə əlaqələndirirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.