
Bu barədə şənbə günü "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, dekabrın 1-də Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl keçirilən qala-ziyafətdə şifahi mübahisə baş verib.
Tədbir zamanı Lavrov söz alaraq 2014-cü ildə Ukraynada baş vermiş hadisələrin dövlət çevrilişi olduğunu bildirib. Bundan əlavə, vurğulayıb ki, NATO və Avropa İttifaqı Rusiyanı təhdid edir.
ABŞ dövlət katibi isə cavabında bildirib ki, 2014-cü ildə Kiyevdə dinc nümayişçilərin atəşə tutulmasında Viktor Yanukoviçə sadiq olduğu iddia edilən qüvvələrin əli olub. O, həmçinin qeyd edib ki, “NATO müdafiə ittifaqıdır”.