Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Donetsk yaxınlığındakı Avdeyevka şəhərinin tam nəzarətə götürülməsi barədə məruzə edib.
Senzor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Şoyqu dövlət başçısını Avdeyevkanın general-polkovnik Mordviçevin komandanlığı altındakı Mərkəz qoşun qruplaşmasının tam nəzarətinə keçdiyi barədə məlumatlandırıb.
Şoyqunun dediyinə görə, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka uğrunda gedən döyüşlərdə son 24 saat ərzində itkiləri 1500-dən çox hərbçi olub.
O, “Mərkəz” hərbi qruplaşması bölmələrinin Donetsk vilayətindəki digər yaşayış məntəqələrini ələ keçirmək üçün hücumlarını davam etdirdiyini də bildirib.