
ABŞ Prezidenti Donald Tramp dekabrda Mayami yaxınlığında keçiriləcək G20 sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakına qarşı olmadığını bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp jurnalistin Zelenskini “Böyük iyirmilik” (G20) sammitinə dəvət edib-etməyəcəyi ilə bağlı sualını cavablandırarkən buna maneə görmədiyini deyib.
“Bəli, bunda heç bir problem yoxdur”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin Rusiya ilə Ukrayna arasında müharibənin yaxın gələcəkdə başa çatacağını düşündüyünü vurğulayıb.
Qeyd edək ki, G20 sammiti dekabr ayında ABŞ-ın Florida ştatında, Mayami şəhərinin yaxınlığında keçiriləcək.