BRAYZA PAŞİNYANIN HANSI AÇIQLAMASINDAN MƏYUS OLUB? - Amerikalı ekspert Azərbaycan və Ermənistan liderlərinin Münhen görüşündən danışdı

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın sülh danışıqlarının davam etdirilməsi barədə Münhendə razılığa gəlmələri faktını olduqca müsbət irəliləyiş hesab edirəm.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycanda sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilən ikitərəfli görüşünün yekunlarını şərh edərkən deyib. 

 

O xatırladıb ki, bu, ötən ilin sentyabrında Qarabağ regionunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra birinci görüş idi.

 

M.Brayza növbəti görüşün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcəyini ehtimal edərək vurğulayıb ki, o, iki ölkənin liderlərinə sülh sazişi və sərhədlərin delimitasiyası üzrə danışıqlarda irəliləyişə nail olunmasında kömək etmək məsələsində sınanmış təcrübəyə malikdir.

 

Şərti sərhəddə bu yaxınlarda Azərbaycan sərhədçisinin yaralanması ilə nəticələnən insidentə gəlincə, Metyu Brayza bunun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəməyənlər və faktiki olaraq hazırkı vəziyyətin davam etməsindən xeyir güdənlər tərəfindən növbəti təxribat olduğunu bildirib.

 

“Baş nazir Nikol Paşinyan bəyan edəndə ki, Azərbaycan irimiqyaslı müharibəyə hazırlaşır, mən çox məyus oldum. Çünki bu, həqiqətə uyğun deyildi. Sübut etməyə çalışmıram, lakin mənə elə gəlir ki, bu yaxınlardakı eskalasiya və fevralın 12-də Ermənistan tərəfindən atəş də onun Azərbaycan ilə sülh istəməyən siyasi opponentlərinin reaksiyasının bir hissəsi idi. Yəni indi doğrudan da münasib vaxtdır, fikrimcə, Şarl Mişel iki lideri bir araya gətirəcək və Paşinyan həqiqətən görüşdə iştirak etsəydi, çox yaxşı olardı. Çünki bu, vəziyyətin gərginliyinin azaldılmasına kömək olacaq”, - deyə ekspert vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.