Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrinin dayanıqlı inkişafı müzakirə edilib.
Senzor.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Səudiyyə Ərəbistanının energetika nazirinin neft və qaz texniki və tənzimləmə məsələləri üzrə müavini Məcid bin Hindi Aluteibi ilə ölkələrimizin iqtisadi əlaqələrinin dayanıqlı inkişafını təmin edən təşəbbüslər, investisiyaların təşviqi, bərpa olun anenerji və sənaye sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.