Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Rusiyanın Belarusdakı səfiri Boris Qrızlovla görüşüb.
Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin inkişaf perspektivləri, o cümlədən regional məsələlər və qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər müzakirə olunub.