Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubu 57-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hesab isə 70-ci dəqiqədə açılıb. Rocer Fernandes braqalıları önə keçirib. 83-cü dəqiqədə Alvaro Calo ikinci topu Azərbaycan çempionunun qapısından keçirib. Əsas vaxtda başqa qol olmayıb və ümumi hesab bırabərlışib - 4:4. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 103-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Mateus Silva fərqi minimuma endirib - 1:2. Qonaqlar 115-ci dəqiqə Simon Banza penaltidən vurduğu qolla komandasının üstünlüyünü yenidən artırıb. Matçda son nöqtəni isə 120+2-ci dəqiqədə Nəriman Axundzadə qoyub.
Səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.
**10:43 (22.02.2024)
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək.
İlk matçda rəqibini 4:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun başçılıq etdiyi komanda 1/8 finala adlamaq üçün üstünlüyü qorumağa çalışacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də start götürəcək. Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.