BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz ilə görüşüb.
Bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.
"COP29-un prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai COP29 çərçivəsində əməkdaşlığın zəruriliyini vurğulamaq üçün ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz ilə görüşüblər", - məlumatda qeyd edilib.