RUSİYA ORDUSU UKRAYNA CƏBHƏSİNİ NECƏ YARDI? - Eynulla Fətullayevin suallarını təhlükəsizlik xidməti generalı Viktor Yaqun cavablandırır
VİDEO

Rusiya ordusunun Ukraynanın suveren ərazisini işğal etməsinin ikinci ildönümü ərəfəsində iki dövlət arasındakı dərin beynəlxalq və geosiyasi böhrana çevrilən hərbi münaqişədə yeni konturlar sezilir. Bir neçə gün ərzində Ukraynanı və onun paytaxtını işğal etmək cəhdi uğursuz olduqdan sonra rus ordusu müharibənin ilk aylarında ələ keçirdiyi ərazilərin əksəriyyətini tərk etmək məcburiyyətində qaldı. Lakin gözlənilmədən daxili ziddiyyətlərdən parçalanan kollektiv Qərbin maliyyə yardımından məhrum olan Ukrayna Rusiya ordusunun yeni genişmiqyaslı hücumunun təzyiqi altında Donbasın bir sıra şəhərlərini tərk edərək müdafiə taktikasına keçməyə məcbur oldu. 

Böyük insan tələfatı və hərbi-siyasi itkilər bahasına Rusiya ordusu Ukrayna cəbhəsini yarıb hücuma keçə bildi.

Bəs sonra? Rusiya-Ukrayna müharibəsinin döyüş cəbhələrində hadisələr necə inkişaf edəcək? Ukrayna tab gətirə biləcəkmi? Bəs Rusiya necə, bu dəhşətli müharibə ərəfəsində qarşıya qoyduğu məqsədlərə çatacaqmı?

 

Senzor.az bildirir ki, tanınmış araşdırmaçı-jurnalist, Azərbaycanın populyar rusdilli Haqqin.az portalının rəhbəri Eynulla Fətullayevin bu və gigər suallarını Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) ehtiyatda olan general-mayoru Viktor Yaqun cavablandırır.

 

Viktor Nikolayeviç Yaqun ukraynalı hərbçi və ictimai xadimdir, 2014-2015-ci illərdə UTX sədrinin müavini olub, hazırda Təhlükəsizlik İslahatı Agentliyinin direktorudur... 

 

Senzor.az mövzunun və toxunulan məsələlərin aktuallığını nəzərə alaraq həmin maraqlı videosöhbəti oxucularına təqdim edir.

 

Onu da qeyd edək ki, videosöhbət bir neçə saat əvvəl Haqqin.az portalında və YouTube kanalında canlı yayımlanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.