ABŞ Dövlət Departamenti Azərabaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın Almaniyanın paytaxtı Berlində keçirilməsi nəzərdə tutulan görüşünü şərh etməyib.
Belə ki, Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller ona verilmiş müvafiq suala şərh verməyərək tərəfləri “uzunmüddətli razılığa gəlməyə” çağırıb.
“Xarici işlər nazirləri sabah Berlində görüşəcəklər. Bilirəm ki, katib (Entoni Blinken) dekabr ayından onları burada, Vaşinqtonda görmək istəyirdi. Bu, Vaşinqton prosesinin sonu deməkdirmi? Bundan başqa, sabahkı (bu gün, fevralın 28-də - red.) görüşdən gözləntiniz nədir?”, – deyə jurnalist sözçüyə brifinqdə sual ünvanlayıb.
“Heç bir anonsum yoxdur, sadəcə biz hər iki tərəfi davamlı, uzunmüddətli razılaşma əldə etməyə çalışmağa təşviq etməyə davam edirik”, – mətbuat katibi cavab verib.
“Report” xatırladır ki, fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş olacaq.
**23:55 (27.02.2024)
ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir.
Senzor.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.
“Heç bir elanım yoxdur, lakin biz hər iki tərəfi uzunmüddətli razılaşma əldə etməyə təşviq etməyə davam edirik", - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü fevralın 28-29-da Berlində keçiriləcək.
Onu da qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.