Xankəndi şəhərində yenə silah-sursat aşkarlanıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisində 3 müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 5 tüfəng, 49 qumbara, 61 qumbara alışdırıcısı, 17 partlayıcı, 236 patron darağı, müxtəlif çaplı 12 min 255 patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Xatırladaq ki, dünən DİN-in Mətbuat Xidməti Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1178 patron darağı, 8508 ədəd mərmi, 24320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatların aşkarlandığı barədə məlumat yaymışdı.