Bayramov və Mirzoyan Berlində danışıqları davam etdirəcəklər - YENİLƏNİB, FOTO

Berlində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasındakı müzakirələr cümə axşamı, fevralın 29-da davam etdiriləcək.

 

Senzor.az bildirir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi (XİN) təsdiqləyib.

 

“Berlində Almaniya xarici işlər nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar davam etdirilib. Müzakirələr planlaşdırıldığı kimi sabah da (bu gün də-red.) davam edəcək”, - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial şəbəkədə bildirib.

 

**17:57 (28.02.2024)


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.


Senzor.az xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda davam edir.

**13:53

Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsi ətrafında müzakirələr aparacaqlar.

Məlumata əsasən, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.

**13:29


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.


Senzor.az-ın xəbərinə görə, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.